Dünya çempionunun qətlində təqsirli bilinən azərbaycanlının işi üzrə məhkəmə başlayıb

Dünya çempionunun qətlində təqsirli bilinən azərbaycanlının işi üzrə məhkəmə başlayıb
# 15 yanvar 2018 04:42 (UTC +04:00)

Rusiyanın Xabarovsk vilayət məhkəməsində pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçyovun qətlində təqsirli bilinən azərbaycanlı Anar Allahverənovun cinayət işi üzrə ilkin məhkəmə dinləməsi başlayıb.

APA-nın "RİA Novosti"-yə istinadən verdiyi xəbərə görə, bugünkü məhkəmə iclası qapalı şəkildə keçirilir.

Məlumata görə, Anar Allahverənovun maraqlarını məhkəmədə 3 vəkil təmsil edir. Onlar ekspertiza zamanı əldə olunduğu iddia edilən sübutların əsassız və qəbuledilməz olmasına dair vəsatət qaldırıblar.

Proses yanvarın 23-də davam etdiriləcək.


Qeyd edək ki, ötən il avqustun 20-də rusiyalı idmançı Andrey Draçov Xabarovsk vilayətində azərbaycanlı Anar Allahverənov tərəfindən döyülərək öldürülüb.

Törətdiyi cinayətə görə təqsirləndirilən A. Allahverənov ömürlük həbs cəzası ala bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR