Mədəniyyət və Turizm Nazirliyi “Xəzər dialoqu 2015” beynəlxalq iqtisadi forumunda təmsil olunacaq

Mədəniyyət və Turizm Nazirliyi “Xəzər dialoqu 2015” beynəlxalq iqtisadi forumunda təmsil olunacaq
# 15 aprel 2015 07:35 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və Turizm Nazirliyi “Xəzər dialoqu 2015” beynəlxalq iqtisadi forumunda təmsil olunacaq.

Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Moskvada Rusiya Federasiyası Ticarət–Sənaye Palatasının təşkilatçılığı ilə baş tutacaq forumun keçirilməsində məqsəd Xəzər regionunda dialoqun yaradılmasından ibarətdir.

“Xəzər regionunda təhlükəsizlik və davamlı inkişaf” mövzusunda keçiriləcək tədbirdə müxtəlif sessiyaların təşkil olunması nəzərdə tutulub. Sessiyalar Xəzər regionunda neft, qaz və digər enerji sahələri ilə yanaşı, turizmin müxtəlif növləri, o cümlədən, sağlamlıq, tibbi, idman, ovçuluq və ekoloji turizm növləri üzrə də sessiyalar təşkil olunacaq.

Nazirliyin nümayəndə heyəti Xəzər dənizində turizm və istirahət sessiyasında iştirak edəcək, Azərbaycanın Xəzər sahili regionlarının turizm imkanları üzrə təqdimat keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR