Amerika fond bazarında əksər səhmlər bahalaşıb

Amerika fond bazarında əksər səhmlər bahalaşıb
# 03 mart 2015 06:36 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 0,86% - 18 288,63 bəndədək, S&P 500 0,61% - 2 117,39 bəndədək, NASDAQ 0,90% - 4 008,10 bəndədək artıb.

APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,09% - 6 940,64 bəndədək, Fransa CAC-40-ı 0,69% - 4 917,32 bəndədək ucuzlaşıb, Almaniya DAX-ı 0,08% - 11 410,36 bəndədək bahalaşıb.

Asiya fond bazarında Nikkei 225 indeksi 0,20% - 18 790,13 bəndədək, Shanghai 0,92% - 3 305,45 bəndədək azalıb, Hang Seng 0,02% - 24 892,25 bəndədək artıb.

COMEX-də sonuncu hərraclarda qızılın bir unsiyasının qiyməti 0,30 dollar ucuzlaşaraq 1 207,90 dollara, gümüş isə 0,06 dollar bahalaşaraq 16,51 dollara satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR