Azərbaycanın Tehrandakı səfirliyində və Təbrizdəki Konsulluğunda səsvermə keçirilir

Azərbaycanın Tehrandakı səfirliyində və Təbrizdəki Konsulluğunda səsvermə keçirilir
# 11 aprel 2018 11:37 (UTC +04:00)

Azərbaycanın İrandakı səfirliyində yaradılan seçki məntəqəsində yerli vaxtla səhər saat 08:00-da səsverməyə start verilib.

APA-nın İran bürosunun xəbərinə görə, səsvermə hüququna malik Azərbaycan vətəndaşlarının prezident seçkilərində iştirakının təmin olunması üçün hər cür şərait yaradılıb.

Səsvermədə Tehranda fəaliyyət göstərən Azərbaycan diplomatları, onların ailə üzvləri, bu ölkədə müvəqqəti yaşayan və ezamiyyətdə olan vətəndaşlar iştirak edirlər.

Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun binasında da səsvermə keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR