Bakıda mənzildə 70 yaşlı kişinin meyiti aşkarlanıb

Bakıda mənzildə 70 yaşlı kişinin meyiti aşkarlanıb
# 04 mart 2015 09:11 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda mənzildən kişi meyiti tapılıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda ikimərtəbəli fərdi yaşayış evində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Dərhal FHN-in xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Fərdi yaşayış evinə baxış keçirilərkən 1945-ci il təvəllüdlü İbrahimov Arif Zülfəli oğlunun vəfat etdiyi müəyyən olunub. A.İbrahimovun cəsədi aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR