Şəkidə iki nəfəri it dişləyib

Şəkidə iki nəfəri it dişləyib
# 28 fevral 2017 21:53 (UTC +04:00)

Şəkidə iki nəfəri it dişləyib.

Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, fevralın 28-i axşam saatlarında rayonun Aşağı Küngüt kənd sakini, 1983-cü il təvəllüdlü Rəvanə Nəriman qızı Dəmirova sağ baldırın, Şəki şəhəri Əliheydər Qarayev küçəsi ev 7 ünvanında yaşayan 1991-ci il təvəllüdlü Röyal Rəfayıl oğlu Yusifov sol bazunun it dişləməsi xəsarəti ilə xəstəxanaya daxil olublar.

Hər iki şəxsə lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR