Balakəndə zəncirvari qəza zamanı xəsarət alanların şəxsiyyəti müəyyənləşib - YENİLƏNİB

Balakəndə zəncirvari qəza zamanı xəsarət alanların şəxsiyyəti müəyyənləşib - <span style="color: red;">YENİLƏNİB
# 16 avqust 2017 07:47 (UTC +04:00)

Balakən rayonunda baş vermiş zəncirvari yol qəzasında xəsarət alanların şəxsiyyəti müəyyənləşib.


Balakən Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, qəza nəticəsində daxil olan yaralılardan rayonun Püştətala kənd sakini, 1991-ci il təvəllüdlü Manaf Cəbrayıl oğlu Abdurahmanov, 1974-cü il təvəllüdlü Gərəkli kənd sakini Əli Nizrov oğlu Qarayev, Gərəkli kənd sakini Ramin Ramiz oğlu Mohumov və 1981-ci il təvəllüdlü Gərəkli kənd sakini Elçin Nəsrəddin oğlu Abdullayev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxananın cərrahiyə şöbəsinə yerləşdiriliblər, vəziyyətləri orta-ağır qiymətləndirilir.

Digər yaralı, 1979-cu il təvəllüdlü Katex kənd sakini Ramil Möhüməddin oğlu Mehdiyev lazımi tibbi yardım göstərildikdən sonra müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

Qeyd edək ki, avqustun 15-də axşam saatlarında rayonun Gərəkli kənd sakini Əli Qarayevin idarə etdiyi “VAZ 21099” markalı Rusiya dövlət nömrə nişanlı, Püştətala kənd sakini Manaf Abdurahmanovun idarə etdiyi “VAZ 21063” markalı, 08 BX 180 dövlət nömrə nişanlı və Talalar kənd sakini Xəyal Əli oğlu Şabanovun idarə etdiyi “VAZ 21070” markalı, 99 XV 044 dövlət nömrə nişanlı minik avtomobillərinin Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 157-ci kilometrliyində, rayonun Poçtbinə kəndi ərazisindən keçən hissəsində toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Faktla bağlı DİN-nin Dövlət Yol Polisi İdarəsinin Baş Təhqiqat və İstintaq İdarəsində araşdırma aparılır.

***

22:28

Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiralında baş verən yol qəzasında 5 nəfər xəsarət alıb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün axşam saat 20:20 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Balakən rayonu Poştbinə kəndi ərazisindən keçən hissəsində üç minik avtomobilinin toqquşması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Qəzadan sonra avtomobillərin sürcüləri və sərnişinlər Balakən Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.

Balakən MRX-dan APA-ya verilən məlumata görə, qəza nəticəsində 5 nəfər xəstəxanaya daxil olub. Hazırda həkim briqadası yaralıların müayinəsini aparır, şəxsiyyətləri dəqiqləşdirilir.

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR