“Rusiya Sənaye Bankı”nın ( Rosprombank) prezidenti həbs edilib.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bankın rəhbəri Sergey Saloqubov dələduzluqda ittiham olunur. Bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib. O bildirib ki, faktla bağlı artıq cinayət işi başlanıb.
Qeyd edək ki, 2016-cı ilin sentyabr ayında Rusiya Mərkəzi Bankı paytaxt Moksvada fəaliyyət göstərən "Rusiya Sənaye Bankı"nın ("Rosprombank") lisenziyasını ləğv edib.