"Bank Avrasiya"nın depozit portfeli 23% azalıb

"Bank Avrasiya"nın depozit portfeli 23% azalıb
# 30 yanvar 2018 13:52 (UTC +04:00)

"Bank Avrasiya" ASC-nin aktivlərinin həcmi 2018-ci il yanvarın 1-nə 151,224 mln. manat təşkil edib ki, bu da 2016-cı il ilə müqayisədə 5,4% çoxdur.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, ötən il bankın kredit portfeli 5,4% azalaraq 85,325 mln. manat olub.

2016-cı il ilə müqayisədə ötən il bankın depozit portfeli 23% azalaraq 29,648 mln. manat təşkil edib. Öhdəliklərin həcmi isə 1,6% artaraq 92,311 mln. manata çatıb.

Ötən il ərzində bankın məcmu kapitalı 12% artaraq 58,912 mln. manata çatdığı halda, nizamnamə kapitalı dəyişməyərək 50 mln. manat təşkil edib.

Hesabat dövründə "Bank Avrasiya" 6 mln. 350,8 min manat mənfəət əldə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR