Nazir: “Vətəndaşları Azərbaycandan kənarda silahlı münaqişələrə cəlb edən şəxslər məsuliyyətə cəlb olunub”

Nazir: “Vətəndaşları Azərbaycandan kənarda silahlı münaqişələrə cəlb edən şəxslər məsuliyyətə cəlb olunub”
# 27 yanvar 2017 13:53 (UTC +04:00)

"Ötən il dini ekstremizmə qarşı mübarizə tədbirləri davam etdirilərək əsas diqqət dini radikalizmin və dini fanatizmin təbliğatını aparan, vətəndaşları ölkə hüdudlarından kənarda silahlı münaqişələrə cəlb edən şəxslərin müəyyənləşdirilməsinə yönəlib".

APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu gün keçirdiyi kollegiya iclasında bildirib.

Nazir qeyd edib ki, bu cür əməllərə görə 35 şəxs cinayət, 223 nəfər inzibati məsuliyyətə cəlb olunub.

Onlardan 4 avtomat, 4 tapança, 34 ədəd əl qumbarası, 7 kq partlayıcı maddə, çoxlu sayda döyüş sursatı, minlərlə qanunsuz dini ədəbiyyat, elektron daşıyıcılar və s. aşkarlanaraq götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR