Azərbaycan Kubokunu idarə edəcək hakimlər müəyyənləşib

Azərbaycan Kubokunu idarə edəcək hakimlər müəyyənləşib
# 25 may 2018 11:21 (UTC +04:00)

Azərbaycan Kubokunun final görüşünün hakimləri bəlli olub. Hakimlər Komitəsindən apasport.az saytına verilən məlumata görə, “Qəbələ” ilə “Keşlə” arasındakı həlledici matç FİFA referilərindən heç birinə həvalə edilməyib.

Belə ki, mayın 28-də Qəbələdə baş tutacaq qarşılaşmada Rauf Cabbarov ədalət təmsilçisi olacaq. Ona Nahid Əliyev və Knyaz Əmiraslanov kömək edəcəklər. 4-cü hakim funksiyasını isə Əliyar Ağayev yerinə yetirəcək.

Rauf Cabbarov bu mövsüm Topaz Premyer Liqasında 15, ölkə kubokunda isə 2 oyuna təyinat alıb. O, həmçinin karyerası ərzində ilk dəfə Azərbaycan kubokunun final görüşünü idarə edəcək.

Qeyd edək ki, mayın 28-də keçiriləcək “Keşlə” – “Qəbələ” oyunu 20:00-da start götürəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR