Şəmkir rayonunda ölümlə nəticələnən yol qəzası baş verib

Şəmkir rayonunda ölümlə nəticələnən yol qəzası baş verib
# 18 mart 2015 10:25 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Şəmkirdə ölümlə nəticələnən yol qəzası qeydə alınıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 17-də saat 12 radələrində Şəmkir rayonunun Dəllər qəsəbəsində rayon sakinləri Cavid Əmiraslanovun və Emin Həsənovun idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşub.

C.Əmiraslanovun xəstəxanaya yerləşdirilmiş sərnişini, həmyerlisi Elnur Rüstəmov orada ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR