Göyçayda maşın ağaca çırpılıb, sürücü ağır xəsarət alıb, həyat yoldaşı ölüb - VİDEO

Göyçayda maşın ağaca çırpılıb, sürücü ağır xəsarət alıb, həyat yoldaşı ölüb - <span style="color: red;">VİDEO
# 30 mart 2015 10:07 (UTC +04:00)

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Göyçay-Ucar yolunun 5-ci kilometrliyində, Göyçayın Hüngütlü kəndi ərazisində qeydə alınıb.

Ucar rayonu Alpoud kənd sakini, 1973-cü il təvəllüdlü Abdullayev Fərhad Qubad oğlunun idarə etdiyi 10-MT-750 dövlət nömrə nişanlı, “VAZ 2107” markalı minik maşını yoldan çıxaraq ağaca çırpılıb. Sürücü ağır bədən xəsarətləri alıb, həyat yoldaşı, 1981-ci il təvəllüdlü Lamiyə Abdullayeva isə hadisə yerində dünyasını dəyişib.

F. Abdullayev Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Hadisənin yağışlı havada yolun sürüşkən olması səbəbindən baş verdiyi ehtimal olunur.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR