DTX rəisi: İŞİD-ə qoşulan 300-ə yaxın azərbaycanlı döyüşlərdə həlak olub

DTX rəisi: İŞİD-ə qoşulan 300-ə yaxın azərbaycanlı döyüşlərdə həlak olub
# 24 sentyabr 2017 10:34 (UTC +04:00)

"Müəyyən azərbaycanlılar İŞİD-in qara təbliğatına inanıblar, bəzi vətəndaşlarımız onlara qoşulublar”.

APA-nın xəbərinə görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytnant Mədət Quliyev deyib.

M. Quliyev bildirib ki, bəziləri ailələri ilə ora gedib və orda uşaqları olub: “Təbii ki, o uşaqların da orda ölməsi faktları var. Bizə məlumat daxil oldu ki, 300-ə yaxın azərbaycanlı orda döyüşlərdə həlak olub. Hazırda bizim əməkdaş İraqdadır və biz bu məlumatın doğru olub-olmadığını araşdırırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR