Ötən il 24 bələdiyyənin fəaliyyətində müxtəlif cinayətlər aşkarlanıb

Ötən il 24 bələdiyyənin fəaliyyətində müxtəlif cinayətlər aşkarlanıb
# 07 fevral 2018 08:10 (UTC +04:00)

“Keçən il vətəndaşların müraciətinə əsasən, başlanılan inzibati nəzarət icraatları ilə 24 bələdiyyənin fəaliyyətində müxtəlif cinayətlər, o cümlədən mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə kimi qanunsuz əməllər aşkarlanıb”.

APA-nın xəbərinə görə, bu, Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsində əksini tapıb.

Məruzədə qeyd olunub ki, Ədliyyə Nazirliyi toplanmış materialları hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına göndərib. Bununla bağlı müvafiq tədbirlər görülüb.

Qeyd olunub ki, İsmayıllı rayon Basqal bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin bazar qiyməti nəzərə alınmadan dəyərindən ucuz satılması ilə bağlı cinayət işi başlanıb. Bundan başqa, Tərtər rayon, Əskipara bələdiyyəsi, Şəmkir rayon, Yeni Həyat bələdiyyəsinin sabiq sədri, Ağstafa rayon, Köç Əsgər bələdiyyəsinin sədri, Masallı rayon, Qarğalıq bələdiyyəsinin sədri, Bərdə rayon, Qaradağlı bələd sabiq sədri barəsində cinayət işi başlanıb, istintaq aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR