Venesuelada baş verən iğtişaşlar nəticəsində 42 nəfər xəsarət alıb

Venesuelada baş verən iğtişaşlar nəticəsində 42 nəfər xəsarət alıb
# 20 aprel 2017 00:16 (UTC +04:00)

Venesuelanın paytaxtı Karakas şəhərində etiraz aksiyası iğtişaşlarla nəticələnib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, etirazçılarla polis arasında baş verən toqquşmalarda 42 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Polis etiraz aksiyasını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Müxalifət nümayəndələri Karakas və Taçira ştatında 2 etirazçının polis tərəfindən güllələndiyini bildiriblər.

Venesuelada prezident Nikolas Maduronun hökuməti ilə müxalifətin nəzarət etdiyi parlament arasında münaqişə davam edir. Martın sonunda Venesuela Ali Məhkəməsi prezidentə parlamentlə məsləhətləşmədən qərar qəbul etmək səlahiyyəti vermişdi. Hazırda qərar ləğv edilsə də, müxalifətçilər Ali Məhkəmə üzvlərinin istefasını tələb edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR