Bank Of Baku

Türkiyə məktəblərində yeni dərs ili əyani formatda başlayıb

Türkiyə məktəblərində yeni dərs ili əyani formatda başlayıb
# 06 sentyabr 2021 10:31 (UTC +04:00)

Türkiyə məktəblərində bu gün 2021/2022-ci tədris ili başlayıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin milli təhsil naziri Mahmut Özer xatırladıb ki, məktəblərdə əyani təhsil məcburidir.

Onun sözlərinə görə, lakin COVID-19 diaqnozu qoyulmuş və ya karantində saxlanılmış, yaxud xroniki xəstəliyə görə məktəbə gələ bilməyən şagirdlər üçün distant təhsil tətbiq ediləcək.

Yeni növ koronavirus infeksiyasına qarşı peyvənd olunmayan müəllimlər və texniki heyət həftədə iki dəfə məcburi PCR testi verəcəklər, testlər dövlət xəstəxanalarında pulsuz olacaq.

M. Özer vurğulayıb ki, şagirdlərin maska və digər gigiyenik tələblərə əməl etməklə təhsildə iştirakı şərtdir, amma məktəblilərin peyvənd edilmək, ya PCR testi vermək məcburiyyəti yoxdur.

Nazir onu da qeyd edib ki, yeni tədris ili 18 milyondan çox şagird, 1 milyondan çox müəllim və texniki heyəti əhatə edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR