İraqda kamikadze özünü toy mərasimində partladıb, 12 nəfər ölüb, 35 nəfər yaralanıb

İraqda kamikadze özünü toy mərasimində partladıb, 12 nəfər ölüb, 35 nəfər yaralanıb
# 17 noyabr 2016 21:37 (UTC +04:00)

Bağdad yaxınlığında terrorçu-kamikadzenin törətdiyi partlayış nəticəsində 12 nəfər ölüb, 35 nəfər yaralanıb.

APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, kamikadze minalamış avtomobili toy mərasimi keçirilən əraziyə sürərək partladıb. Qonaqlar arasında yerli hakimiyyət orqanlarının nümayəndələrinin olduğu bildirilir.

Partlayış Fəllucə şəhərinin cənubundakı Əmiriyyə rayonunda törədilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR