Çempionlar Liqasında həftənin ən yaxşısı müəyyənləşib

Çempionlar Liqasında həftənin ən yaxşısı müəyyənləşib
# 06 aprel 2018 15:37 (UTC +04:00)

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib. Apasport.az-ın xəbərinə görə, UEFA-nın rəsmi saytında aparılan sorğuda “Liverpul”un yarımmüdafiəçisi Məhəmməd Salah bu ada layiq görülüb.

Misirli oyunçu 57% səslə hamını qabaqlayıb. İkinci olan “Real”ın hücumçusu Kriştianu Ronaldo respondentlərin 35% səsini toplayıb. İlk “üçlüy”ü 5% səslə “Bavariya”lı Hames Rodriges qapayıb.

Qeyd edək ki, “Liverpul”un üzvü Məhəmməd Salah Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində “Mançester Siti” ilə görüşdə 1 qol vurub, elə o sayda da məhsuldar ötürmə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR