KİV: Gürcüstanın ədliyyə naziri postunu tərk edir

KİV: Gürcüstanın ədliyyə naziri postunu tərk edir
# 08 mart 2019 19:41 (UTC +04:00)

Bu gün “Pirveli radio” Gürcüstanın ədliyyə naziri Tea Tsulukiani yaxın günlərdə postunu tərk edəcəyi barədə məlumat yayıb.

ONA-nın “Pirveli radio”-ya istinadən verdiyi məlumata görə, T. Tsulukiani istefasını gələn həftə açıqlayacaq.

“Pirveli radio” bildirir ki, T. Tsulukianinin öz iradəsi ilə istefa verdiyi, yaxud vəzifəsindən azad edildiyi məlum deyil. Bununla belə, artıq gələn həftədən onun postunda qalmayacağı məlumdur.

Gürcüstan Ədliyyə Nazirliyi isə informasiyanı təkzib edib. Ancaq “Pirveli radio” nazirliyinin adətən həmişə belə informasiyalara bu cür reaksiya verdiyini və məlumatın etibarlı mənbədən əldə edildiyini vurğulayır.

Qeyd edək ki, T. Tsulukiani 2012-ci ildə keçirilən parlament seçkilərindən dərhal sonra, oktyabrın 25-də ədliyyə naziri təyin edilib. T. Tsulukiani indiyə kimi yeganə nazirdir ki, postunu tərk etməyib. O, İvanaşvili, Qaribaşvili, Kvirikaşvili və Baxtadze hökumətlərində ədliyyə naziri postunu tutub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR