Bişkekdə Azərbaycanın musiqi mədəniyyəti günü keçirilib

Bişkekdə Azərbaycanın musiqi mədəniyyəti günü keçirilib
# 18 mart 2015 10:52 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Bişkekdə Azərbaycan musiqi mədəniyyəti günü keçirilib.

Azərbaycanın Qırğızıstandakı səfirliyindən APA-ya verilən məlumata görə, səfir Hidayət Orucov çıxışı zamanı Azərbaycan musiqisinin keçdiyi zəngin yollar, peşəkar, klassik musiqimizin yaranması və inkişafı barədə danışıb.

Diplomat qeyd edib ki, Azərbaycanla Qırğızıstan arasında əməkdaşlıq münasibətləri təkcə siyasi və iqtisadi sahədə deyil, həm də humanitar sahədə inkişaf etməkdədir və iki ölkə prezidentlərinin yürütdüyü siyasətin prioritet istiqamətlərindəndir.

Qırğızıstanın mədəniyyət, turizm və informasiya naziri Altınbek Maksutov, Qırğızıstanda yaşayan azərbaycanlıların “Azəri” təşkilatının sədri Əziz Əliyev də tədbir haqqında fikirlərini bildiriblər.

Azərbaycanın xalq artistləri Mələkxanım Eyyubova, Möhlət Müslümov və Fəxrəddin Dadaşov, habelə Qırğızıstanın tanınmış müğənnilərinin, Qırğızıstan Opera və Balet Teatrı solistlərinin ifası ilə Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettasından duetlər nümayiş olunub.

Tədbirin sonunda çıxış edən “Roza Otunbayevanın Təşəbbüsü” fondunun icraçı direktoru Doktorqul Kenderbayeva və Qırğız Xalqı Assambleyasının prezidenti akademik Bektemir Murzuibraimov tədbiri heç vaxt unudulmayacaq gün adlandırıblar, belə gecələrin bir-birimizi daha yaxından tanımağımıza və sevməyimizə xidmət etdiyini vurğulayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR