Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizmlə bağlı yeni brend patentləşdirilib

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizmlə bağlı yeni brend patentləşdirilib
# 02 aprel 2015 10:17 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məlumat verib.

Nazir bildirib ki, Azərbaycanda Avropa Oyunları zamanı və oyunlardan sonra mütləq şəkildə milli mətbəx brendi təqdim edəcək: “Bu, ilkin mərhələdə bir neçə oteldə, daha sonra isə bütün otellərdə tədbiq olunacaq. Qeyd olunan brend Azərbaycan mətbəxinin qaydalarına uyğun hazırlanacaq”.

Ə. Qarayev əlavə edib ki, nazirlik otellərə Azərbaycan mətbəx nümunələrini turistlərə təqdim etməyi tövsiyyə edəcək: “Ümidvaram ki, otellər bu brendi təqdim edəndən sonra onların xidmətində də keyfiyyət dəyişikliyini görəcəyik. Çünki Azərbaycanda keçirilən tədbirlər və idman yarışları zamanı ölkəmizə gələn turistlərə yeməkxanalarda təqdim edilən milli xörəklərimiz onların çox xoşuna gəlir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR