İtaliyanın məşhur "Capitolino Flash" qəzetində Azərbaycan haqqında məqalə çap olunub

İtaliyanın məşhur "Capitolino Flash" qəzetində Azərbaycan haqqında məqalə çap olunub
# 15 aprel 2015 09:01 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. İtaliyanın məşhur "Capitolino Flash" ("Paytaxtın İşığı") adlı qəzetində “Azərbaycan - Mədəniyyət və Dinlərarası Tolerantlıq Nümunəsi” adlı böyük məqalə çap olunub.

APA-nın məlumatına görə, italyan jurnalist Paolo Onorotinin müəllifi olduğu bu məqalədə Azərbaycan dünyanın ən tolerant dövləti və dinlərarası mədəniyyətin dünya üçün nümunə ola biləcək modeli kimi təsvir edilir. Jurnalist yazısında qeyd edir ki, mərhum Roma Papası İohan Pavel Bakıda olarkən Allahın adından bütün dünyaya sülh çağırışı edib: “Azərbaycanın xalqının ümummilli lideri olan Heydər Əliyev Roma Papasına müraciətində deyib: “Dinindən, irqindən və millətindən asılı olmayaraq, siz bütün insanların dostu, həmçinin dünyanın vətəndaşısınız”” .

Jurnalist Vatikanın tarixi bəyanatlarını araşdırarkən maraqlı bir faktla üzləşdiyini bildirib: “Bir neçə il əvvəl Vatikanın dövlət kardinalı Tarçizyo Bertoni maraqlı bir müsahibə verərək bildirib ki, Azərbaycan dünyəvi müsəlman ölkəsidir və burada xalqın böyük hissəsi müsəlman, kiçik katolik və pravoslav icmalardan ibarətdir. Kardinal Bertone deyib ki, qədim Azərbaycanın paytaxtı Bakıda müqəddəs Bartolomeonun məzarı aşkarlanıb və Kristian Evangellanın arxeoloji qalıqları tapılıb. Maraqlı fakt isə ondan ibarətdir ki, tapılan dini qalıqlar həm dövlət tərəfindən, həm də millət tərəfindən qorunub saxlanır. Azərbaycan hətta kommunist dövründə belə dini tolerantlığı qoruyub saxlamağı bacarıb. Digər bir maraqlı fakt da odur ki, Böyük Vətən Müharibəsində həlak olan azərbaycanlıların dinindən aslı olmayaraq hər biri ehtiramla yad edilir. Bu, unikal tolerantlıq mədəniyyətinin bariz nümunəsidir”.

Müəllif qeyd edir ki, Azərbaycan tarixində ən böyük islahatlar müasir Azərbaycanın banisi, yaradıcısı Heydər Əliyevin adı ilə bağlıdır : «Məhz o, Azərbaycan xalqına müstəqillik, azadlıq, rahatlıq və stabillik bəxş edib. Azərbaycanda tolerantlıq mədəniyyətinin qorunmasında və bu sahədə böyük islahatların aparılmasında əvəzsiz rol oynayıb. Hakimiyyətə gəldiyi ilk günlərdə Heydər Əliyev bütün dinlərə dövlət tərəfindən bərabər diqqət və qayğı göstərilməsinin əsasını qoyub. Heydər Əliyev və bütün Qafqazın Şeyxi Şeyxülislam Allahşükür Paşazadə Sovet Hakimiyyəti dövründə dağıdılmış katolik kilsəsinin inşasına böyük sahə ayırır və yenidən tikilməsini təmin edir. Bununla da bütün dünyaya müsəlman dövləti kimi örnək göstərərək multikulturalizimin əsasını qoyub”.

Məqalədə ötən ay Azərbaycanın dövlət başçısı İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Vatikanı rəsmi ziyarət etdiyi xatırlanır. Səfər zamanı Papa Fransisko bir daha qeyd edib ki, Azərbaycan tolerantlıq ölkəsi kimi Şərq və Qərb aləmi arasında böyük körpü rolu oynayır.

Sonda jurnalist Paola Onoritdi Azərbaycanla bağlı məlumatlara görə Romada təhsil alan azərbaycanlı tələbə Həsən İsgəndərova dərin minnətdarlığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR