Rusiyada qəza enişi edən bombardmançı təyyarənin pilotlarına dövlət mükafatı verilə bilər

Rusiyada qəza enişi edən bombardmançı təyyarənin pilotlarına dövlət mükafatı verilə bilər
# 17 dekabr 2019 18:05 (UTC +04:00)

Rusiyanın Həştərxan vilayətində mühərrikində nasazlıq yaranan TU-22M3 bombardmançı təyyarəni yaşayış məntəqəsindən uzaqlaşdıraraq kənarda yerə endirməyi bacaran pilotların adı dövlət mükafatına təqdim oluna bilər.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda TU-22M3-ün ekipaj üzvlərinin göstərdiyi cəsurluğa görə dövlət mükafatına təqdim olunması haqqında Rusiya Müdafiə naziri qarşısında məsələ qaldırıldığı bildirilib.

Qeyd edək ki, bu gün TU-22M3 bombardmançı təyyarəsi qəza enişi edib. Hadisə nəticəsində pilotlar xəsarət almayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR