Tailandda silsilə partlayışlar nəticəsində 2 nəfər ölüb, 26-sı yaralanıb

Tailandda silsilə partlayışlar nəticəsində 2 nəfər ölüb, 26-sı yaralanıb
# 15 sentyabr 2017 18:28 (UTC +04:00)

Tailandda törədilmiş üç partlayış nəticəsində 2 nəfər ölüb, 26 nəfər yaralanıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, partlayışlar Yalla əyalətinin Kabanq rayonunda qeydə alınıb.

Məlumata əsasən, ölən və yaralananlar hərbçilər və polis əməkdaşlarıdır. Tailandda radikal islamçılarla hökumət arasında qarşıdurma 2004-cü ildən davam edir. Həmin ildən bəri ölkənin cənub bölgəsində 7 minədək insan həyatını itirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR