Gəncədə yaşayış evində partlayış olub, xəsarət alan var

Gəncədə yaşayış evində partlayış olub, xəsarət alan var
# 25 oktyabr 2016 21:49 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə yaşayış evinin vanna otağında qaz sobası partlayıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə şəhərin Mahrasa Bağı adlanan yaşayış massivində yerləşən binada qeydə alınıb. Orada yaşayan Elçin Nağıyev yaşadığı evin vanna otağında çimərkən qaz sobası partlayıb və o yuxarı ətrafın 1-2 dərəcəli termiki yanıq xəsarətləri alıb. E. Nağıyev dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Vəziyyətinin orta ağır olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR