FHN DYNX Gəncədə seminar-müşavirə keçirib

FHN DYNX Gəncədə seminar-müşavirə keçirib
# 14 aprel 2015 15:22 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Aprelin 14-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) Gəncə şəhərində “Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi” mövzusunda seminar-müşavirə keçirib.

Xidmətdən APA-ya verilən məlumata görə, müşavirədə dənli və texniki bitkilərinin yığılması, daşınması, saxlanılması və emalı dövründə, eləcə də meşələrin yanğın təhlükəsizliyinin təmin olunması ilə əlaqədar qarşıda duran vəzifələr, qərb bölgəsini əhatə edən rayonların bələdiyyə, fermer təsərrüfatı, texniki nəzarət müfəttişliyi, meşə mühafizəsi və bərpası müəssisələri, “Aqrolizinq” Acıq Səhmdar Cəmiyyəti nümayəndələrinin iştirakı ilə geniş müzakirə olunub.

Seminar-müşavirəni Gəncə Dövlət Yanğın Nəzarət İdarəsinin rəisi, polkovnik-leytenant Rəşad Əbilov açaraq qarşıdan gələn mövsümdə dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə, həmçinin, meşələrdə yanğın təhlükəsizliyinin təmin olunması üçün əsas vəzifələrdən ətraflı danışıb.

Tədbirin sonunda “Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi” mövzusunda video-slayd nümayiş etdirilib, dənli və texniki bitkilərin yığımı dövründə, eləcədə meşələrin yanğın təhlükəsizliyi qaydalarını təbliğ edən üç adda plakat və DYNX tərəfindən nəşr etdirilən “Dənli və texniki bitkilərin yığımı dövründə yanğın təhlükəsizliyi tədbirləri ” adlı yaddaş kitabçası seminar-müşavirə iştirakçılarına paylanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR