Bakı. Vüsal Nəbiyev - APA-Economics. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev martın 18-də saat 11:00-da İmişli şəhərində yerləşən Heydər Əliyev Mərkəzində İmişli, Saatlı, Sabirabad, Cəbrayıl, Beyləqan, Xocavənd və Füzuli rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.
DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan "APA-Economics"ə verilən məlumatına görə, qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar fondun [email protected] elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:
Fondun Aparatında (012) 434-12-34
İmişli rayon şöbəsində (02124) 6-36-68
Saatlı rayon şöbəsində (02128) 5-27-02
Sabirabad rayon şöbəsində (02123) 5-50-56
Cəbrayıl rayon şöbəsində (02638) 4-62-02
Beyləqan rayon şöbəsində (02122) 5-29-63
Xocavənd rayon şöbəsində (02122) 3-52-17
Füzuli rayon şöbəsində (02631) 5-54-06
Qəbulda iştirak edəcək vətəndaşların martın 18-də DSMF-nin müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.