BP-Azerbaijan: CQBK marşrutunun ilk 200 kilometrliyində torpaq sahələrinin əldə olunması prosesi başa çatıb

BP-Azerbaijan: CQBK marşrutunun ilk 200 kilometrliyində torpaq sahələrinin əldə olunması prosesi başa çatıb
# 10 avqust 2015 15:05 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 2015-ci ilin birinci yarısı ərzində Cənubi Qafqaz Boru Kəməri (CQBKG) üzrə işlər Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyu davam edib.

“BP-Azerbaijan” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, boru seqmentlərinin saxlama sahələrinə gətirilməsi davam edib və Azərbaycan hissəsi üçün lazım olan boruların artıq üçdə birindən çoxu sahələrdədir.

“Birinci yarım ildə əldə olunmuş mühüm bir nailiyyət də iyun ayının sonunda Azərbaycanda kəmər xəttinin inşasının başlanması olub. O vaxtdan bəri tikinti işləri artmaqda davam edib və 10 km uzunluğunda boru kəməri artıq qaynaq edilib, daha 7 km məsafədə boru seqmentləri vaxtından əvvəl marşrut boyu yerləşdirilib”, -deyə məlumatda vurğulanıb.

Məlumata əsasən, Azərbaycanda boru kəməri marşrutunun ilk 200 kilometrliyində torpaq sahələrinin əldə olunması başa çatıb. Marşrutun qalan hissəsində torpaq sahələrinin əldə olunması həyata keçirilir.

Bundan başqa, Gürcüstanda 1-ci və 2-ci kompressor stansiyasının və təzyiqə nəzarət və tənzimləmə qurğusunun tikintisi davam edir. Qeyd edək ki, Gürcüstanda kəmər xəttinin inşasını başlamaq üçün hazırlıq işləri icra olunmaqdadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR