Fransalı həmsədr Dağlıq Qarabağdakı rejimin danışılar prosesində tərəf kimi iştirakı məsələsinə münasibət bildirib

Fransalı həmsədr Dağlıq Qarabağdakı rejimin danışılar prosesində tərəf kimi iştirakı məsələsinə münasibət bildirib
# 27 yanvar 2017 10:21 (UTC +04:00)


”Rəsmi danışıqlar formatını, vasitəçilik şərtlərini (3 ölkə və 2 tərəf) və daha çox maraqlı tərəfi özündə birləşdirən ümumi nizamlama prosesini fərqləndirmək lazımdır”.

APA-nın məlumatına görə, bu sözləri ATƏT-in Minsk qrupunun fransalı həmsədri Stefan Viskonti “mediamax.am”a müsahibəsində deyib.

O, daha çox maraqlı tərəf dedikdə Minsk qrupunun digər üzvlərini (6 Minsk qrupu ölkəsi və Troyka) və Dağlıq Qarabağ xalqını nəzərdə tutduğunu bildirib: “Xalqın, onların nümayəndələrinin -Dağlıq Qarabağın faktiki rəhbərliyinin, həmçinin Dağlıq Qarabağın azərbaycanlı təmsilçilərinin səsini eşitmək çox vacibidir. Qeyd edim ki, 1994-cü ildə ATƏT-in Budapeşt sammitində Ermənistan, Azərbaycan və Dağlıq Qarabağ münaqişənin tərəfləri kimi qəbul olundular. Daha sonra Ermənistanın keçmiş prezidenti Robert Koçaryan hakimiyyətə gələndə 1998-ci ildə üçtərəfli format ikitərəfli formata çevrildi. Mən dəqiq bilirəm ki, danışıqlarda iştirak edən ermənistanlılar Xankəndinin maraqlarını tam olaraq nəzərə alır”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR