“Bank VTB (Azərbaycan)”ın səhmdarlarının növbədənkənar ümumi yığıncağının vaxtı açıqlanıb

“Bank VTB (Azərbaycan)”ın səhmdarlarının növbədənkənar ümumi yığıncağının vaxtı açıqlanıb
# 17 aprel 2015 14:24 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Mayın 29-da “Bank VTB (Azərbaycan)”ın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, tədbir bankın baş ofisində, Xətai prospekti 38 ünvanında saat 11:00-da olacaq.

İclasın gündəliyinə bankın səhmdarlarının növbəti ümumi yığıncağının katibinin seçilməsi, bankın 2014-cü ilə olan maliyyə hesabatlığına baxılması məsələləri, eləcə də bankın 2014-cü ilə olan mənfəətinin bölüşdürülməsi və dividendlərin ödənilməsi haqqında təklifləri daxildir.

Bundan başqa səhmdarlar “Bank VTB (Azərbaycan)”ın kommersiya maraqlarının açıqlanması qaydalarının” yeni redaksiyasının təsdiqlənməsi məsələsini də müzakirə edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR