NATO-nun baş katibi Litvaya səfər edəcək

NATO-nun baş katibi Litvaya səfər edəcək
# 02 sentyabr 2015 23:40 (UTC +04:00)

Bakı-APA. NATO-nun baş katibi Yens Stoltenberq sentyabrın 3-də Litvaya səfər edəcək.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Şimali Atlantik Alyansın mətbuat katibliyindən bildiriblər.

Y. Stoltenberq Vilnüsdə Litva prezidenti Dalya Qribauskayte, xarici işlər naziri Linas Linkeviçus və müdafiə naziri Yuozas Olekasla görüşəcək.

Səfər çərçivəsinə Y. Stoltenberq həmçinin NATO-nun bu ölkədəki qərargahının açılışında iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR