Bəhrəmtəpə-Biləsuvar yolunun yenidən qurulması ilə bağlı tender elan edilib

Bəhrəmtəpə-Biləsuvar yolunun yenidən qurulması ilə bağlı tender elan edilib
# 01 fevral 2018 06:41 (UTC +04:00)

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi R-42 Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunun yenidən qurulması ilə bağlı tender elan edir.

APA-Economics” xəbər verir ki, layihəni Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) maliyyələşdirir və bank alınan kredit vəsaitinin bir hissəsini R-42 Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunun yenidən qurulması müqaviləsinin ödənişləri üçün istifadə edəcək.

Layihə çərçivəsində yolun mövcud 59 km. hissəsinin yenidən qurulması nəzərdə tutulur.

Mövcud yol oxunu saxlamaq şərti ilə ikizolaqlı bir hərəkət hissəli avtomobil yolunun yenidən qurulması işlərinə yol geyiminin və drenaj qurğularının tikintisi, torpaq işləri, üç körpünün əvəzlənməsi, yol nişanları və avadanlıqların quraşdırılması daxildir.

Müqavilənin nəzərdə tutulan başlanma vaxtı tikinti müddəti 24 ay olmaqla bu ilin sentyabr ayı ərzində nəzərdə tutulur. Bankın kredit vəsaiti hesabına maliyyələşəcək müqavilələr üçün ilkin seçim və tender mərhələsi istənilən ölkədən olan firma və birgə müəssisələrə açıqdır.

İddiaçılar tenderin ilkin seçim mərhələsi sənədlərini bank hesabına nağd və ya birbaşa depozitlə 500 manat (beş yüz manat) və ya 300 dolları (üç yüz ABŞ dolları) məbləğində vəsaiti geri qaytarılmayan iştirak haqqı kimi ödəməklə əldə edə bilərlər.

Tenderin ilkin seçim sənədləri 15 mart 2018-ci il saat 17:00-dək təqdim olunmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR