FHN Hacıqabulda məktəblilər üçün maarifləndirici tədbir keçirib

FHN Hacıqabulda məktəblilər üçün maarifləndirici tədbir keçirib
# 19 aprel 2017 14:36 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi Hacıqabul rayonu, Nəvahi qəsəbəsi 2 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib.

FHN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, şagirdlərin yarana biləcək fövqəladə hallara hazır olması, fövqəladə hallar zamanı davranış qaydaları, mülki müdafiə sahəsində mükəmməl vərdiş və biliklərə yiyələnməsinə nail olmaq məqsədi daşıyan tədbirdə Mərkəzin əməkdaşları fövqəladə hal anlayışı, təbii fəlakətlər, sel, daşqın, zəlzələ, yanğın təhlükəsizliyi, meşə yanğınları, su hövzələrində insanların təhlükəsizliyi, dəm qazından zəhərlənmənin profilaktikası, “112” qaynar xətti və sair mövzularda geniş məlumat veriblər. O cümlədən, “Daşqın, zəlzələ, dəm qazından zəhərlənmənin qarşısının alınması, bu kimi halların baş verməməsi və ya baş verdikdə nə etmək lazımdır” mövzusunda davranış qaydaları izah edilib.

Tədbirdə "Dəm qazından zəhərlənmə hallarının yaranma səbəbləri", "Hansı hallarda “112” qaynar xətti ilə əlaqə saxlamaq lazımdır" mövzularında çıxışlar edilib və mövzulara aid videoçarxlar nümayiş olunub.

Sonda suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR