Kamal Abdulla Zaqatalada ictimaiyyət nümayəndələri və dini icmaların üzvləri ilə görüşüb - FOTO

Kamal Abdulla Zaqatalada ictimaiyyət nümayəndələri və dini icmaların üzvləri ilə görüşüb - <span style="color: red;">FOTO
# 14 aprel 2015 17:17 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov-APA. Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla Zaqatalada ictimaiyyət nümayəndələri və dini icmaların üzvləri ilə görüşüb. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, dövlət müşaviri Kamal Abdulla rayonunun Əliabad qəsəbəsində rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, yerli ziyalılar və dini icmaların üzvləri ilə görüşüb.

17-ci əsr memarlıq abidəsi olan Əliabad məscidinin həyətində baş tutan görüşdə Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə əvvəlcə qonaqlara qəsəbənin yaranma tarixi və bu günü haqqında ətraflı məlumat verib. Bidirilib ki, 11 minə yaxın əhalinin məskunlaşdığı qəsəbə bütün infrastruktura malikdir.

Qeyd edilib ki, zəngin etnomədəni və dini müxtəlifliyin hökm sürdüyü Zaqatalada yaşayan xalqların sahib olduğu etnik-dini dəyərlər ciddi qorunur. Azərbaycanın multikultural, tolerant ölkə kimi dünyaya təqdim olunmasının və azərbaycançılıq ideologiyasının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğu diqqətə çatdırılıb.


Dövlət müşaviri Kamal Abdulla bölgədə eləcə də Zaqatalada fəaliyyət göstərən məscid, kilsə və sinaqoqları, tarixi alban məbədlərini ziyarət etdiyini, avar, gürcü, ingiloy, udin, yəhudi, rus xalqlarının nümayəndələri, eyni zamanda, müxtəlif dini icmaların üzvləri ilə görüşərək, dövlət başçısı tərəfindən yaradılan yeni xidmətin ölkənin bütün regionlarında həyata keçirəcəyi müxtəlif sahəli layihələr, görəcəyi işlər haqqında məlumat verib. Bildirilib ki, bir müddət əvvəl Əliabad qəsəbəsində keçirilən görüş zamanı sakinlər 17-ci əsr memarlıq abidəsi olan qəsəbə məscidinin 2012-ci il rayonda baş verən zəlzələlər zamanı qəzalı vəziyyətə düşməsi barədə ona müraciət ünvanlayıblar. Sakinlərin müraciəti müvafiq qurumlar tərəfindən dəyərləndirilib və onun əsaslı restavrasiya olunmasına qərar verilib. Məscidin restavrasiyasına Dini Qurumlarla iş üzrə Dövlət komitəsi 20 min, Bakıda fəaliyyət göstərən Mir Mövsüm Ağa ziyarətgahının müdiri 30 min və Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə 10 min manat ayırıb.


Dövlət müşaviri Kamal Abdulla məscidə hədiyyələr təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR