ETSN Xəzərin sahilində ekoloji pozuntu qeydə alınan əraziləri açıqlayıb

ETSN Xəzərin sahilində ekoloji pozuntu qeydə alınan əraziləri açıqlayıb
# 31 oktyabr 2016 08:10 (UTC +04:00)

Bakı şəhərinin Qaradağ və Səbail rayonlarının sahil zolağında ətraf mühitin mühafizəsi üzrə keçirilmiş monitorinq zamanı bir sıra ekoloji pozuntu halları qeydə alınıb.

APA-nın xəbərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin aylıq bülletenində bildirilib ki, Qaradağ rayonunun Ələt qəsəbəsində şossenin sol və sağ kənarlarında fəaliyyət göstərən “SOCAR” yanacaqdoldurma məntəqələrində, Ümid, Ələt, Səngəçal və Qobustan qəsəbələrinin sahil zolağında keçirilən monitorinq zamanı ekoloji pozuntu halları müşahidə edilib.

Bülletendə qeyd olunub ki, keçirilən monitorinq zamanı Ümid qəsəbəsindən 1, Səngəçal qəsəbəsindən 2, Qobustan qəsəbəsindən isə 6 axarın müxtəlif istiqamətlərdən sahil zolağına və Xəzər dənizinə axıdılması qeydə alınıb: “Mərkəzləşdirilmiş kanalizasiya xəttinin tikintisinin yarımçıq qalması bəzi ərazilərdə süni gölməçələrin yaranmasına və sahil zolağının bataqlıqlaşmasına səbəb olur. Belə hal sahil xətti boyunca üfunətli kəskin iyin və yoluxucu xəstəliklərin yayılmasına əlverişli şərait yaradır. Ümid, Səngəçal, Qobustan və Ələt qəsəbələrində mövcud kanalizasiya xətlərinin iş rejimi bərpa edilməzsə, sahilboyu ərazilərdə tullantı su gölməçələrinin artmasına, bataqlıqların əmələ gəlməsinə səbəb ola bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR