I rübdə Azərbaycana daxil olan beynəlxalq giriş və çıxış trafikinin həcmi azalıb

I rübdə Azərbaycana daxil olan beynəlxalq giriş və çıxış trafikinin həcmi azalıb
# 22 aprel 2015 07:46 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Bu ilin birinci rübündə ölkəmizin tranzit qovşağa çevrilməsi məqsədilə Azərbaycan üzərindən tranzit trafikin təşkil olunması üçün tədbirlər davam etdirilib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycanın beynəlxalq trafik mübadiləsinin alternativliyinin təmin edilməsi, həmçinin rabitənin keyfiyyətinin artırılması məqsədilə həyata keçirilmiş beynəlxalq tenderin nəticəsi olaraq İP əsaslı Beynəlxalq Kommutasiya Sisteminin quraşdırılması üzrə işlər həyata keçirilib. Beynəlxalq internet kanallarının ümumi tutumu ötən ilin müvafiq dövrü ilə müqayisədə 80 Gb/s artırılaraq 330 Gbit/s-yə çatdırılıb.

Bu ilin I rübündə dünya ölkələrindən Azərbaycana daxil olan beynəlxalq giriş trafikinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,1 mln. dəqiqə azalaraq 68,7 mln. dəqiqə, çıxış trafikinin həcmi isə 9,1 mln. dəqiqə azalaraq 24 mln. dəqiqə təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR