Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bu ilin mayın 27-də “Azərbaycan Kredit Bankı” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, iclasın gündəliyinə bankın 2014-cü il üçün maliyyə hesabatlarının təsdiq edilməsi və həmin dövr üzrə bankın fəaliyyəti barədə idarəetmə orqanlarının hesabatlarının dinlənilməsi daxildir.