Əsəd: “Ümid edirik ki, Tramp terrorçuluqla mübarizədə müttəfiqimiz olacaq”

Əsəd: “Ümid edirik ki, Tramp terrorçuluqla mübarizədə müttəfiqimiz olacaq”
# 19 yanvar 2017 12:33 (UTC +04:00)

Suriya prezidenti Bəşər Əsəd ABŞ-nın yeni seçilmiş prezidenti Donald Trampın ölkəsinin terrorçuluğa qarşı apardığı mübarizədə müttəfiqi olacağına ümid edir.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu o, Yaponiyanın TBS telekanalına müsahibəsində deyib.

“Biz ümid edirik ki, ABŞ-ın yeni administrasiyası terrorçuluqla bağlı verdiyi bəyanatlarda səmimidir, çünki bu problem təkcə Yaxın Şərqdə yox, bütün dünyada var. Düşünürük ki, Tramp administrasiyasının regionda terrorçuluqla mübarizədə gerçək koalisiyanın yaradılması barədə bəyanatları səmimi idi. Əlbəttə ki, bu koalisiyaya Suriya da daxil olmalıdır", - deyə o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR