Prokuror arvadının qətlini sifariş verən şəxsə cəza istəyib

Prokuror arvadının qətlini sifariş verən şəxsə cəza istəyib
# 28 mart 2017 10:38 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadının qətlini sifariş verən Tural Hüseynov və cinayətin icraçısı Vüqar Kərimovun məhkəmə prosesi keçirilib.

APA-nın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrlik etdiyi prosesdə prokuror çıxış edib. O, təqsirləndirilən şəxslərin hər birinin 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses aprelin 4-də davam edəcək.

İttihama görə, Nuranə Hüseynova adlı qadın üzərinə kimyəvi turşu atılması nəticəsində kor olub. Keçirilən əməliyyatla cinayəti 1981-ci il təvəllüdlü Vüqar Kərimovun törətdiyi müəyyənləşib. Ona bu sifarişi qadının keçmiş əri, 1987-ci il təvəllüdlü Tural Hüseynov verib. O da, məlum olub ki, Tural sifarişin yerinə yetirilməsi üçün Vüqara pul vəd etsə də, vədini yerinə yetirməyib.

Tural Hüseynov və Vüqar Kərimov Cinayət Məcəlləsinin 126.2.3-(xüsusi amansızlıqla və əzab verərk sağlamlığa bilərəkdən xəsarət yetirmək) maddəsi ilə ittiham edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR