İtaliya senatorları Xocalı soyqırımı barədə danışıblar

İtaliya senatorları Xocalı soyqırımı barədə danışıblar
# 12 mart 2015 13:32 (UTC +04:00)

Bakı – APA. İtaliya Senatının Müdafiə Komissiyasının sədr müavini, İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Sergio Divina və dostluq qrupunun katibi, senator Maria Rizzotti Xocalı soyqırımı ilə bağlı İtaliya Senatında çıxış ediblər. XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, senatorlar çıxışlarında Xocalı soyqırımı barədə danışıblar. Onlar erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını nəzərdə tutan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və Avropa Şurası, Avropa Birliyi, ATƏT və NATO kimi digər beynəlxalq təşkilatların qərarlarına Ermənistan tərəfindən məhəl qoyulmadığını bildiriblər. Çıxışlarının sonunda senatorlar Xocalı soyqırımına görə məsuliyyət daşıyan Ermənistanın siyasi və hərbi rəhbərliyinin bəşəriyyətə qarşı cinayətlərlə bağlı Haaqa Məhkəməsi qarşısında cavab verməli olduqlarını vurğulayıblar.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR