“Azersun Holdinq”: Məhsullarımızda qiymət artımı olmayıb

“Azersun Holdinq”: Məhsullarımızda qiymət artımı olmayıb
# 19 mart 2015 15:34 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. “Azersun Holdinq” son zamanlar mətbuatda “Bazar Store” super marketlərində satışda olan məhsulun yarlıq qiyməti ilə məhsulun kassa qiyməti arasında fərqin olması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

APA-Economics”in məlumatına görə, “Azersun Holdinq”in baş direktoru Savaş Uzan bu gün keçirilən tədbirdə bildirib ki, “Bazar Store” super marketlərində məhsulların 7-10%-i “Azersun Holdinq”in istehsal etdiyi məhsullardır. Onun sözlərinə görə, qalan məhsullar isə digər şirkətlərin istehsal və xaricdən idxal etdiyi məhsullardır. “Bu şirkətlərin müxtəlif məhsulları “BazarStore” marketlərində satılır. Bu şirkətlər öz qiymət siyasətini həyata keçirir. Onlar qiymət artırırsa, biz bir şirkət olaraq məsuliyyət daşımırıq. Bir məhsulun qiyməti artırsa, bu məhsulun yarlığının dəyişdirilməsi bir neçə gün və ya bir neçə saat çəkə bilər. Bu qiymət yarlıqlarının dəyişdirilməsi zamanı da alıcılar arasında anlaşılmazlıq yaranırdı”.

S. Uzan deyib ki, müştəri məmnuniyyəti “Azersun Holdinq” üçün ən prioritet məsələdir. “Bu günə qədər “Azersun Holdinq” məhsulları arasında qiymət artımı olmayıb. Amma hər dəfə ölkədə qiymət artımı ilə bağlı söhbətlər gəzərkən “Azersun Holdinq”in adı hallanır. Bizim 12 min azərbaycanlı işçimiz var və bu şirkət Azərbaycanda qazandığını Azərbaycana yatırıb. Biz Azərbaycan vətəndaşının pis vəziyyətə salacaq bir addım atmamışıq, bundan sonra da atmayacağıq”.

Bununla belə o bildirib ki, digər şirkətlərin istehsal etdiyi məhsulların qiyməti artırılırsa, “BazarStore” super marketlərində bu məhsullar da artırılmış qiymətlərlə satılmalıdır: “Biz qiymətlərə toxunmamışıq. “Azersun Holdinq” sözünü deyib və bu sözünü də yerinə yetirəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR