Türkiyədə səfərdə olan ABŞ MKİ rəhbəri Rəqqada İŞİD-ə qarşı birgə əməliyyatı müzakirə edib

Türkiyədə səfərdə olan ABŞ MKİ rəhbəri Rəqqada İŞİD-ə qarşı birgə əməliyyatı müzakirə edib
# 09 fevral 2017 23:47 (UTC +04:00)

Ankarada səfərdə olan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Mayk Pompeo Suriyanın Rəqqa şəhərində İŞİD-ə qarşı mübarizədə Türkiyə ilə əməkdaşlığı müzakirə edib.

APA-nın xəbərinə görə, bu barədə Türkiyənin NTV telekanalı ölkə rəhbərliyindəki mənbəyə istinadən məlumat yayıb.

MKİ rəhbəri vəzifəsində ilk xarici səfəri zamanı Pompeo Türkiyə Milli Kəşfiyyat Təşkilatında (MIT) aparıb. MIT rəhbəri Hakan Fidanla baş tutan görüşdən sonra hər iki xüsusi xidmət orqanının rəhbəri ölkə prezidenti Rəcəb Tayyip Ərdoğan tərəfindən qəbul edilib.

Görüşdə Suriyadakı vəziyyət və Yaxın Şərqdəki hadisələr müzakirə olunub. İŞİD-lə mübarizədə Türkiyə-ABŞ əməkdaşlığının inkişaf perspektivləri və Rəqqada planlaşdırılan əməliyyat əsas müzakirə mövzuları olub.

Məlumata görə, Türkiyə tərəfi ABŞ-ın PKK-nın Suriya qolu olan PYD terror qruplaşması ilə əməkdaşlıq etməsindən narahatlığını Pompeonun diqqətinə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR