Fransada terror hadisəsi törətməkdə şübhəli bilinən daha bir şəxs saxlanılıb - YENİLƏNİB-2

 Fransada terror hadisəsi törətməkdə şübhəli bilinən daha bir şəxs saxlanılıb - <span style="color: red;">YENİLƏNİB-2
# 24 mart 2018 15:05 (UTC +04:00)

Fransa hüquq-mühafizə orqanları ölkənin cənubunda, Treb şəhərində terror hadisəsi törətməkdə şübhəli bilinən daha bir şəxsi saxlayıb.

APA yerli KİV-lərə istinadən xəbər verir ki, saxlanılan 17 yaşlı şəxs hadisəni törədən terrorçu ilə dostluq edib. Saxlanılan şəxs terrorçu ilə cinayət əlaqəsində təqsirləndirilir.

Qeyd edək ki, bir qədər əvvəl Fransanın cənubunda terror hadisəsi ilə əlaqədar bir qadının saxlanılması barədə məlumatlar yayılıb.

***

05:31

Fransanın Treb şəhərində silahlı terrorçunun supermarketə hücumu zamanı 3 nəfər ölüb, 16 nəfər yaralanıb.

APA-nın məlumatına görə, bu barədə “Le Figaro” xəbər verib.

Məlumata görə, insanları girov götürmüş Mərakeş əsilli Fransa vətəndaşı, 26 yaşlı Reduan Lakdimi xüsusi əməliyyat zamanı məhv edilib.

İŞİD terror qruplaşması terror aktına görə məsuliyyəti öz üzərinə götürüb. Hazırda insidentlə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırmalar aparılır.

***

16:04

Fransanın Treb şəhərində silahlı terrorçunun supermarketə hücumu zamanı 2 nəfər ölüb.

APA-nın xəbərinə görə, bu barədə yerli BFM TV-yə açıqlamasında şəhərin meri deyib. Yaralıların 12 nəfər olduğu və bütün girovların azad edildiyi bildirilir.

Hadisəyə görə məsuliyyəti İŞİD öz üzərinə götürüb. Bu barədə “Sky News Arabia” məlumat yayıb. Supermarketə daxil olan terrorçu İŞİD üzvü olduğunu bildirib. O, daha əvvəl qonşu Karkason şəhərində polisləri atəşə tutub, nəticədə 1 polis əməkdaşı yaralanıb.

Fransanın daxili işlər naziri Jerar Kolon hadisə yerinə gedəcəyini açıqlayıb. Prokurorluq fakt üzrə terrorçuluq maddəsi ilə təhqiqata başlayıb.

***

Saat 15:11

Fransanın cənubundakı Treb şəhərində silahlı şəxs (və ya şəxslər) supermarketdə insanları girov götürüb.

APA-nın xəbərinə görə, bu barədə BFM kanalı məlumat yayıb.

Əraziyə polis qüvvələri göndərilib. Girovların azad olunması üçün əməliyyat keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR