Türkiyədə keçiriləcək referendumun vaxtı açıqlanıb

Türkiyədə keçiriləcək referendumun vaxtı açıqlanıb
# 15 yanvar 2017 21:58 (UTC +04:00)

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası konstitusiyada dəyişikliklər üzrə referendumun keçiriləcəyi tarixi açıqlayıb.

APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, ümumxalq səsvermənin 26 mart-18 aprel tarixləri arasında keçirilməsi planlaşdırılır.

Türkiyə Böyük Millət Məclisində (TBMM) Konstitusiya dəyişiklikləri barədə müzakirələrin birinci turu başa çatıb. Müzakirələrin ikinci turuna yanvarın 18-də start veriləcək.

Dəyişiklik və əlavələrə dair təkliflərin içərisində ən önəmlisi olan 8-ci maddəyə əsasən prezidentə icra səlahiyyəti verilir. O, nazirləri və digər dövlət idarələrinin rəhbərlərini təyin edəcək, vəzifədən uzaqlaşdıracaq, vitse-prezidentləri müəyyənləşdirəcək. Prezident dövlətin milli təhlükəsizlik siyasətini müəyyən edəcək, Konstitusiya dəyişikliklərini referenduma çıxara biləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR