İraqda nüfuzlu İŞİD lideri saxlanılıb

İraqda nüfuzlu İŞİD lideri saxlanılıb
# 28 aprel 2018 21:13 (UTC +04:00)

İraqın Mosul şəhərində İŞİD terror qruplaşmasının nüfuzlu liderlərindən biri olan İbrahim Məşəəl Marey saxlanılıb. APA-nın “Baghdad Post”-a istinadən verdiyi xəbərə görə, İ.Marey dəqiq kəşfiyyat məlumatları əsasında Dəclə çayının sol sahilində saxlanılıb.

Saxlanılan İ.Marey İraq hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib. Onun məhkəmə qarşısına çıxarılacağı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR