Rəfsəncaninin ölümü ilə əlaqədar Bakıda xatirə kitabı açılıb

Rəfsəncaninin ölümü ilə əlaqədar Bakıda xatirə kitabı açılıb
# 10 yanvar 2017 09:03 (UTC +04:00)

İranın keçmiş prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin ölümü ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində xatirə kitabı açılıb.

APA-nın məlumatına görə, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusların nümayəndələri, Azərbaycanda yaşayan İran icmasının təmsilçiləri, Azərbaycanın ictimaiyyət nümayəndələri, siyasi xadimləri səfirliyə gələrək kitabı imzalayıb və başsağlığı çatdırıblar.

Kitab bu gün və sabah 10:00-dan 12:00-a və 15:00-dan 17-yə qədər açıq olacaq.

Xatırladaq ki, Əli Əkbər Haşimi Rəfsəncani yanvarın 8-də 82 yaşında vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR