Ötən il Azərbaycan elektrik enerjisinin ixracını və ixracdan gəlirlərini artırıb

Ötən il Azərbaycan elektrik enerjisinin ixracını və ixracdan gəlirlərini artırıb
# 15 yanvar 2018 09:01 (UTC +04:00)

2017-ci il ərzində Azərbaycan 50 mln. 968,96 min ABŞ dolları dəyərində 1 mln. 160 min 196,03 kVt/saat elektrik enerjisi ixrac edib. Bu barədə “APA-Economics” Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.

Məlumata görə, bu, həcm baxımından 2016-cı ilin göstəriciləri ilə müqayisədə 513 min 438,14 kVt/saat və ya 1,79 dəfə çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 22 mln. 624,5 min dollar və ya 79,82% çoxdur.

Qeyd edək ki, 2016-cı il ərzində Azərbaycandan 28 mln. 344,46 dollar dəyərində 646 min 757,89 kVt/saat elektrik enerjisi ixrac edilib.

Qeyd edək ki, 2017-ci ildə elektrik enerjisinin ixracı Azərbaycanın ümumi ixracının 0,37%-ni təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR