Nüşabə Sadıqlı: “Müsavatçı adını daşımağa layiq olmayanlar partiyadan xaric olunsa yaxşıdır"

Nüşabə Sadıqlı: “Müsavatçı adını daşımağa layiq olmayanlar partiyadan xaric olunsa yaxşıdır"
# 20 may 2015 09:15 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “Ellada Məmmədli Müsavat üzvlərini partiyadan çıxaraq Azərbaycan Demokratiya və Rifah Hərəkatına qoşulmağa dəvət edib”.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Məclisinin sədri Nüşabə Sadıqlı deyib. O, Müsavat Qadınlar Birliyinin sədri Ellada Məmmədlinin partiyadan xaric olunmasına münasibət bildirərək bu haqda qərarın Nizamnaməyə uyğun olduğunu söyləyib: “Ellada Məmmədlini Xətai rayon təşkilatı partiyadan çıxarıb. Əsas irad da bu olub ki, o, Nizamnamə pozuntusuna yol verib və bütün bunlar Ellada Məmmədlinin partiyada qalmasını qeyri-mümkün edib”.

N. Sadıqlı qeyd edib ki, partiyadan çıxarılmış insanların Müsavat rəhbərliyinə qarşı təhqiramiz ifadələr işlətməsi müsavatçılığa yaraşan hərəkət deyil: “Müsavatın üzvləri hazırda partiyada baş verənlərlə bağlı çox əsəbi və narahatdırlar. Mən özüm təsəvvür edə bilməzdim ki, özünə müsavatçı deyən insanlar bu cür mövqedən çıxış edə bilərlər. Təhqirlər və aşağılayıcı sözlərlə çıxış etmək müsavatçılığa yaraşmayan bir sifətdir. Bəlkə də kimin kim olmasının aydınlaşması yaxşı oldu. Mən sizi əmin edirəm ki, bu cür insanlar müsavatçı adını daşımağa layiq deyillər. Ona görə də onlar partiyadan xaric olunsa yaxşıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR