Krasnodarda zəncirvari qəza olub, 5 nəfər ölüb

Krasnodarda zəncirvari qəza olub, 5 nəfər ölüb
# 01 avqust 2015 09:55 (UTC +04:00)

Bakı. Faiq Mahmudov – APA. Rusiyanın Krasnodar vilayətində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, 4 avtomobilin toqquşması nəticəsində 5 nəfər həlak olub, 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.


Rusiya Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, bu gün yerli vaxtla saat 06.00 radələrində 4 minik avtomobili toqquşub. Nəticədə 5 nəfər hadisə yerində ölüb, xəsarət almış 6 nəfərsə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR